Futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində keçirilən "Xəzər Lənkəran" - "Kəpəz" (0:1) qarşılaşmasından sonra meydan sahiblərinin baş məşqçisi Yunis Hüseynov oyun haqqında fikirlərini bildirib. SİA-nın məlumatına görə, o, fərdi səhvdən qol buraxdıqlarını qeyd edib: "Qalib gəlmək istəyirdik. Təəssüf ki, fərdi səhvdən qol buraxdıq. "Kəpəz" layiq olduğu qələbəni qazandı. Öz komandamın çıxışından razı deyiləm. Qış fasiləsinə qədər cəmi 1 oyunumuz qalıb. "İnter"lə oyuna qədər zədəli futbolçuların sıraya dönməsini təmin etməliyik ki, meydançaya 11 oyunçu buraxaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB