"Məktəbli kuboku"nun açılış mərasimi FOTO

"Məktəbli kuboku"nun açılış mərasimi FOTO

Bu gün Şəmkir rayon Cahangir Rüstəmov adına şəhər tam orta məktəbinin idman zalında AFFA və Coca-cola şirkətinin təşkilati dəstəyi və Şəmkir rayon Təhsil Şöbəsi və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Məktəbli kuboku" 2015-2016-cı il mövüsümünün açılış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, mərasimi giriş nitqi ilə açan Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov turnir iştirakçılarına Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun salamlarını və xoş arzularını çatdırıb.

Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin imzaladığı Futbolun İnkişafına dair 2005-2015-ci illərdə Dövlət Proqramının icrası məqsədi ilə bu kimi turnirlərin keçirilməsi regionlarda futbolun inkişafına nail olacaq.

Çıxış edən rayon Təhsil Şöbəsinin məsul əməkdaşı Südabə Vəliyeva turnir barədə ətraflı məlumat verərək, əməyi olan hər kəsə öz minnətdarlığını bildirib.

Çıxış edən digər şəxslər yaradılmış şəraitə görə öz minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə