Lənkəranlı qızlar beşinci qələbəsini qazanıb

Lənkəranlı qızlar beşinci qələbəsini qazanıb

On üç yaşadək qızlar arasında futbol üzrə Azərbaycan çempionatında lənkəranlı qızlar beşinci qələbəsini qazanıb. Ölkə çempionatının birinci dövrəsinin sonuncu - doqquzuncu turunda Lənkəran Uşaq Gənclər İdman Məktəbinin yetirmələri "İnter"lə qarşılaşıb.

Ardıcıl üç məğlubiyyət acısı yaşayan cənublu futbolçular rəqibini 2:1 hesabı ilə məğlub edib.

Bununla da xallarının sayını 15-ə çatdıran Xalid Ağayevin yetirmələri beşinci pillədəki mövqeyini qoruyub saxlayıb.

On üç yaşadək qızlar arasında futbol üzrə Azərbaycan çempionatının birinci dövrəsində lənkəranlı qızlar keçirdikləri 9 oyundan 5-də qələbə qazanıb, rəqib komandaların qapısından 31 top keçirdiyi halda, öz qapısından 12 top buraxıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə