UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib. SİA-nın məlumatına görə, UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan tədbirdə qrup mərhələsindən yüksələn 16 komanda 8 cütlük təşkil edib.
Püşkatma mərasimlərinin ənənəvi iştirakçısı olan UEFA-nın baş katibi Canni İnfantino ilə yanaşı, tanınmış futbolçu Xavyer Zanetti və qurumun rəsmisi Corcio Marketti də tədbirə qatılıb. Püşkatmanın nəticəsi olaraq 1/8 finalda aşağıdakı komandalar üz-üzə gələcəklər:
"Gent" (Belçika) - "Volfsburq" (Almaniya)
"Roma" (İtaliya) - "Real" (İspaniya)
PSJ (Fransa) - "Çelsi" (İngiltərə)
"Arsenal" (İngiltərə) - "Barselona" (İspaniya)
"Yuventus" (İtaliya) - "Bavariya" (Almaniya)
PSV (Hollandiya) - "Atletiko" (İspaniya)
"Benfika" (Portuqaliya) - "Zenit" (Rusiya)
"Dinamo" (Ukrayna) - "Mançester Siti" (İngiltərə)
Ümumilikdə, 10 ölkə təmsilçisinin iştirak edəcəyi 1/8 final mərhələsinin ilk qarşılaşmaları 16-17 və 23-24 fevralda təşkil olunacaq. Cavab görüşləri isə 8-9 və 15-16 martda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB