Beynəlxalq Şahmat Federasiyasının (FİDE) nümayəndə heyəti Bakıda səfərdə olub. Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, FİDE-nin vitse-prezidenti, hazırda prezident səlahiyyətlərini icra edən Georgios Makropulos, eləcə də FİDE-nin digər vitse-prezidenti İzrael Gelfer, Avropa Şahmat İttifaqının prezidenti Zurab Azmayparaşvili iki günlük səfər müddətində gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Elman Rüstəmov və AŞF-nin vitse-prezidenti, Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədovla görüşüblər.
Görüş zamanı Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin gələn il Bakıda keçiriləcək Şahmat Olimpiadasına hazırlığı müzakirə edilib. Qonaqlar Bakı Şahmat Olimpiadasının keçiriləcəyi "Crystal Hall"da olublar.


.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB