AZAL məşqləri bərpa edib

"Rəvan"la oyundan sonra birgünlük istirahətə buraxılan AZAL məşləri bərpa edib. SİA-nın məlumatına görə, Premyer Liqanın XVI turunda Şüvəlanda "Xəzər-Lənkəran"la qarşılaşacaq Tərlan Əhmədovun yetirmələri hazırlıqlarını davam etdirir. Dünən səhər "AZAL-Arena"da keçirilən məşqdə zədəli Aleksandr Quruli ilə Qvanzav Maqomedov iştirak etməyib.

Qeyd edək ki, adıçəkilən futbolçuların lənkəranlılılarla oyunda meydançaya çıxmayacagı dəqiqləşib. Hər iki futbolçu ən azı bir həftə həkim nəzarətində müalicə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə