Futbol üzrə Çempionlar Liqasında qrup mərhələsinin oyunları başa çatıb. SİA-nın məlumatına görə, son oyun günündə 6 matç keçirilib. Qarşılaşmalarda "Roma", "Arsenal", "Çelsi", "Dinamo" (Kiyev) və "Gent" 1/8 final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, buna qədər E, F və H qruplarında müvafiq olaraq "Barselona", "Bavariya" və "Zenit" növbəti mərhələyə keçmişdilər.
Çempionlar Liqası
E qrupu
"Roma" (İtaliya) - BATE (Belarus) 0:0
"Bayer" (Almaniya) - "Barselona" (İspaniya) 1:1
Qol: Messi, 20, (0:1), Çiçarito, 23 (1:1)
F qrupu
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Bavariya" (Almaniya) 0:2
Qol:Levandovski, 61, 64
"Olimpiakos" (Yunanıstan) - "Arsenal" (İngiltərə) 0:3
Qol: Jiru, 29, 49, 67
G qrupu
"Çelsi" (İngiltərə) - "Portu" (Potuqaliya) 2:0
Qol: Markano, 12-avtoqol, Villian, 52
"Dinamo" (Kiyev, Ukrayna) - "Makkabi" (İsrail) 1:0
Qol: Qarmaş,16
H qrupu
"Gent" (Belçika) - "Zenit" (Rusiya) 2:1
Qol: Depotre, 18, (1:0), Dzüba, 65 (1:1), Miliçeviç, 78 (2:1)
"Valensiya" (İspaniya) - "Lion" (Fransa) 0:2
Qol: Kornet, 37, Lakazette, 76
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB