Qadın güləşçilərimiz açıq Rusiya Kuboku yarışında iştirak edəcəklər

Qadın güləşçilərimiz açıq Rusiya Kuboku yarışında iştirak edəcəklər

Dekabrın 10-11-də Çuvaş Respublikasının paytaxtı Çeboksari şəhərində Çuvaş Respublikasının başçısının mükafatı uğrunda qadın güləşi üzrə açıq Rusiya Kuboku yarışları keçiriləcək. SİA-nın məlumatına görə, turnirdə Rusiya ilə yanaşı, Azərbaycan, Belarus, Qazaxıstan, Monqolustan, İsveç və ABŞ-dan olan idmançıların iştirakı gözlənilir.

Rusiya Kuboku yarışlarında 8 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Turnirdə ölkəmizi Leyla Qurbanova (53 kq), Alyona Kolesnik (55 kq) və Tatyana Omelçenko (58 kq) təmsil edəcək. Yarışın ümumi mükafat fondu 120 min dollardır.

Proqrama əsasən, dekabrın 10-da bütün çəki dərəcələrində ilkin və təsəlliverici görüşlər, dekabrın 11-də isə final görüşləri keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə