Tərlan Əhmədov: "Səfərdə qazanılan 1 xal da qızıla bərabərdir" AÇIQLAMA
Topaz Premyer Liqasının XV turuna "Rəvan" - AZAL qarşılaşması ilə yekun vurulub. SİA-nın məlumatına görə, turun son oyunu "Bayıl Arena"da baş turub. Səfər oyununda əzmkar mübarizə aparan AZAL qapısını toxunulmaz saxlayıb. Rəhim Həsənovun idarə etdiyi qarşılaşmada heç bir tərəf qol vura bilməyib. Baş məşqçi Tərlan Əhmədovun yetirmələri səfərdən 1 xalla qayıdıblar.
"Təyyarəçilər"in baş məşqçisi isə futbolçularından razı qaldığını bildirib: "Son pillədə qərarlaşan komandalar mübarizə apardılar. Bizim medallara iddiamız artıq yoxdur. İndi mümkün qədər çox xal toplamalıyıq. Futbolçulardan hücum futbolu tələb etmişdim. Oyunçulardan razıyam. Oyunun gedişində edilən məcburi əvəzləmələr də işimizin məzmununa böyük təsir göstərmədi. Səfərdə qazanılan 1 xal da qızıla bərabərdir. Meydançada nə baş verirsə, bu, futbolçular arasında olur. "Sumqayıt"la oyunda rəqibin baş məşqçisi mənim futbolçuma qarşı təhqiramiz söz işlətdi. Bu gün isə "Rəvan"ın məşqçisi Toğrulun futbolçum Tagimin üstünə qışqırması məni özümdən çıxardı. Çalışıram ki, belə adamlara həmişə yerini göstərim".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB