Azərbaycan pəhləvanı Rusiyada bürünc medal qazandı

Azərbaycan pəhləvanı Rusiyada bürünc medal qazandı

Moskvada Ümumrusiya Uşaq İdmanı Federasiyasının ilk prezidenti və Əməkdar Məşqçi Şevalye Nusuyevin xatirəsinə həsr olunmuş beynəlxalq güləş turniri keçirilir. SİA-nın məlumatına görə, ilk yarış günündə mükafatçılar arasında Azərbaycan güləşçisi Mahmud Məhəmmədov da yer alıb. Turnirdə 61 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarışın bürünc medalına sahib olub. O, üçüncü yer uğrunda görüşdə rusiyalı rəqibi İmam Qadjiyevdən güclü olub.

Artıq ənənəvi olaraq hər il keçirilən yarışda Rusiya idmançıları ilə yanaşı, Azərbaycan, Əfqanıstan, Belarus, Qazaxıstan, Moldova, Tacikistan, Özbəkistan və Ukraynadan 300 güləşçi birincilik uğrunda mübarizə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə