Topaz Premyer Liqasının XV turunda qarşılaşacağı "Sumqayıt"la oyunun hazırlıqlarına başlayan "Kəpəz"in heyətində itkilər var. SİA-nın məlumatına görə, sarı vərəqə limiti dolan Rəşad Eyyubov cəzalı duruma düşdüyündən qarşıdakı matçda komandasına kömək edə bilməyəcək.
"Sarı-göylər"in heyətində zədəlilər də var. "Xəzər Lənkəran"la kubok oyununda dizindən xəsarət alan Tural Nərimanovun zədəsi ciddidir. Müdafiəçinin bud əzələsi əzilib. Məşq edə bilməyən T.Nərimanov həkim nəzarəti altındadır.
"Xəzər Lənkəran"la oyuna aparılmayan Şəhriyar Əliyevin durumu isə yaxşılaşıb. Futbolçu komanda ilə məşqlərə başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB