Oyun cədvəlində dəyişiklik edilib

Oyun cədvəlində dəyişiklik edilib

Futbol üzrə Azərbaycan I divizionunun XIII turunun oyun cədvəlində dəyişiklik edilib. SİA-nın məlumatına görə, "Bakılı" klubu ev oyunlarını keçirdiyi stadionun dekabrın 15-dən etibarən təmir olunacağını əsas gətirərək, XIII turun "Bakı" ilə matçının vaxtının dəyişdirilməsini xahiş edib. "Bakı" klubunun da razılıq məktubunu alan PFL "Bakılı" - "Bakı" matçının əvvəlcədən nəzərdə tutulduğu 18 dekabrda deyil, 8 dekabrda oynanılmasına qərar verib.

Bütün xəbərlər Facebook səhifəmizdə