Dekabrın 3-də və 4-də Bakıda "UEFA Certificate in Football Management" tədris kursunun seminarı keçirilib. SİA-nın məlumatına görə, proqramın məqsədi UEFA-nın üzvləri və partnyorları arasında idman, xüsusilə futbol menecmenti üzrə biliklərin artırılmasıdır. Proqram UEFA və Lozanna Universitetindəki "Swiss Graduate School of Public Administration" (IDHEAP) dəstəyi ilə UEFA-nın üzvü olan müxtəlif ölkələrdə keçirilir.
Tədbirdə AFFA-nın, Azərbaycan klublarının və beynəlxalq futbol təşkilatlarının nümayəndələri iştirak edib.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB