Torpaq dövlət ehtiyacları üçün alına bilər

Torpaq dövlət ehtiyacları üçün alına bilər

Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanuna dəyişiklik edilməsi təklif olunub. SİA-nın məlumatına görə, dəyişikliyə əsasən, torpağın alınmasına əsas verən ehtiyaclara daha biri əlavə olunub. Əlavədə göstərilir ki, dəniz limanının ərazisinin artırılması zamanı torpaq dövlət ehtiyacları üçün alına bilər.

Qeyd edək ki, bununla yanaşı, dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xəttlərinin (magistral neft və qaz boru kəmərlərinin, kaalizasiya, yüksək gərginlikli elektrik xəttlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhəddinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi zamanı da dövlət ehtiyacları üçün torpaq alına bilər.

Dəyişiklik plenar iclasa tövsiyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə