Azərbaycanı üç idmançı təmsil edir

Azərbaycanı üç idmançı təmsil edir

Dekabrın 2-də Macarıstanın paytaxtı Budapeştdə kempo döyüş növü üzrə yeddinci Avropa çempionatı başlayıb. Yarışda iştirak edən Azərbaycan millisinin heyətində Xəyal Məmmədzadə (75 kq), Pərviz Paşayev (90 kq) və İlham Ağaverdiyev (100 kq-dan yuxarı) yer alıblar.

Millimiz çempionatda Azərbaycan Kempo Federasiyasının prezidenti Rauf İbrahimovun rəhbərliyi altında mübarizə aparır.

Çempionata dekabrın 6-da yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə