Futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində AZAL "Zirə" ilə qarşılaşıb. SİA-nın məlumatına görə, "AZAL Arena"da keçirilən oyunu Fariz Yusifov idarə edib. Qarşılaşmanın 30-cu dəqiqəsində "Zirə"nin futbolçusu Nelson Bonilla hesabı açıb. Oyunun 60-cı dəqiqəsində isə "təyyarəçilər"in üzvü Emin Cəfərquliyev qırmızı vərəqə alaraq meydanı tərk edib. Azlıqda qalan AZAL 87-ci dəqiqədə qapısında daha bir qol görüb. Nelson Bonilla dublunu rəsmiləşdirib. Buna baxmayaraq, sona qədər mübarizə aparan meydan sahibi 90+2-ci dəqiqədə hesab arasındakı fərqi azaldıb. Aleksandr Quruli fərlənib - 1:2. Oyun bu hesabla da başa çatıb.
Qeyd edək ki, bu qarşılaşmadan öncə "Neftçala" "Sumqayıt"a 0:1, "Turan Tovuz" "İnter"ə 1:3 hesabı ilə məğlub olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB