Peter Zayzenbaher: "Müsbət nəticələr əldə etməyə başlamışıq" AÇIQLAMA
Cüdo üzrə Azərbaycan milli komandasının baş məşqçisi Peter Zayzenbaher cüdoçularımızın son çıxışlarını dəyərləndirib və qarşıdakı planlardan danışıb. SİA-nın məlumatına görə, mütəxəssis Çin Qran-Prisində komandanın əzmkar mübarizə apardığını bildirib: "Koreya Qran-Prisi barədə də eyni sözləri demək olar. Artıq Azərbaycan milli komandasında yeni rəhbərliklə birgə müsbət nəticələr əldə etməyə başlamışıq.
O ki qaldı idmançıların səviyyəsinə, mən heç vaxt qane olmuram. Hər zaman yaxşı olmağın yolları var və biz də bunun üçün çalışırıq. Qarşıda 20 günlük təlim-məşq toplanışı nəzərdə tutulub. Koreyada bir neçə gün hazırlıq keçdik və bundan sonra məşqlərimizi Monqolustanda davam etdirəcəyik. Onların çox fərqli və maraqlı üslubları var. Ona görə gözləyirəm ki, orada da güclü məşqlər keçəcəyik".
Baş məşqçi qeyd edib ki, dekabrın 4-də Tokioda cüdo üzrə "Böyük dəbilqə" yarışına start veriləcək: "Qərara aldıq ki, bu mötəbər turnirdə Azərbaycanı 2 cüdoçu - Elmar Qasımov və Elxan Məmmədov təmsil etsin. Çünki qısa müddətdə 3 yarışda güləşmək çox ağırdır. Həmçinin də, idmançılarımızın çoxu növbəti dəfə çəki atmalıdırlar. Hər iki idmançımız daha sonra Monqolustanda keçirəcəymiz təlim-məşq toplanışında bizə qatılacaq.
Koreya Qran-Prisində zədələnən Nicat Şixəlizadə isə bu gün Bakıya qayıdır. O, Azərbaycanda tam olaraq həkimlərimizin nəzarətində olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB