Ağacəkmə kampaniyası və velosiped yarışı keçirildi FOTO

Ağacəkmə kampaniyası və velosiped yarışı keçirildi FOTO

Bu gün Azərbaycan Velosiped İdmanı Federasiyası (AVİF), ADA Universiteti və "Coca Cola" şirkətinin birgə həyata keçirdiyi irimiqyaslı ekoloji aksiya çərçivəsində BMX Veloparkında ağacəkmə kampaniyası təşkil olunub. SİA-nın məlumatına görə, geniş sahəni əhatə edən bu yaşıllaşdırma aksiyasında ADA Universitetinin rektoru Hafiz Paşayev, AVİF-in vitse-prezidenti Sahib Ələkbərov, "Azərbbaycan Coca-Cola Bottlers" şirkətinin baş direktoru Cem Becel, velosiped həvəskarları, tələbələr və media nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, bu ilin may ayında başlayan kampaniya çərçivəsində BMX Veloparkında 14 000-dən çox ağac əkilib.

Kampaniyanın məqsədi Abşeron yarımadasının müəyyən edilmiş ərazilərində yaşıllıq zolaqlarının artırılması ilə ekoloji şəraitin yaxşılaşdırılmasına nail olmaqdır.

Ağacəkmə aksiyasından sonra "Azərbbaycan Coca-Cola Bottlers" şirkətinin baş direktoru Cem Becel ABŞ-ın Atlanta şərəhində yerləşən "Coca Cola" muzeyindən gətirilmiş çox nadir bir velosipedi AVİF-in muzeyində saxlanılması üçün federasiyasının vitse-prezidenti Sahib Ələkbərova təqdim edib. "Coca Cola" şüşəsi formasında hazırlanmış bu velosiped şirkətin velosiped idmanına həsr olunmuş ilk televiziya reklamlarından birində istifadə edilib.

Daha sonra tədbirdə iştirak edən mətbuat nümayəndələri arasında velosiped yarışı keçirilib. Yarışın nəticələrinə əsasən, ilk üçlükdə müvafiq olaraq Vüsal Mirzəyev, Cavid Əzimov və Taptıq Abdullayev qərarlaşıb.

Qeyd edək ki, Səs TV-nin operatoru Orxan Hacızadə turnirin 4-cüsü olub.

Bütün xəbərlər Facebook səhifəmizdə