Açıq respublika çempionatı keçiriləcək

Açıq respublika çempionatı keçiriləcək

Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı ilə dekabrın 5-6-da draytulinq üzrə üçüncü açıq respublika çempionatı keçiriləcək. SİA-nın məlumatına görə, yarış "Clim Baku" idman dırmanması mərkəzində təşkil ediləcək.

Çempionata qatılmaq istəyən klub və idmançılardan dekabrın 4-dək federasiyaya müraciət etmələri tələb olunur.

Qeyd edək ki, gənc idman növlərindən biri olan draytulinq buzadırmanma alətləri ilə süni divara dırmanma yarışıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə