Qurban Qurbanov: "Çempionatda mübarizə gərginləşir" AÇIQLAMA

Qurban Qurbanov: "Çempionatda mübarizə gərginləşir" AÇIQLAMA

"Qələbə münasibəti ilə "Neftçi"ni təbrik edirəm. "Neftçi" həmişə olduğu kimi istəkli idi". SİA-nın məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının XIV turunun "Neftçi" ilə oyunundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Baş məşqçi qarşılaşma haqda fikirlərini bildirib: "Mən futbolçuların bir neçəsinə istirahət verib, onları qorumaq istədiyimdən heyətdə müəyyən dəyişikliklər etmişdim. Düşünürəm ki, hər iki tərəfin azarkeşləri üçün maraqlı derbi oyunu alındı. Oyunçular yorğunluq fonunda mübarizə apardılar. Onların hər birinə təşəkkür edirəm. Sürətli və yaxşı bir oyunun şahidi olduq. Mənim heç bir hakimlə işim yoxdur, o cümlədən Ömər Paşayevlə. Əksinə, diqqətləri daha çox rəqibin oyununa yönəltmək istəyirəm. 90 dəqiqə arxada qalıb və 3 xalı "Neftçi" qazanıb. Burada qabardılası bir şey yoxdur. Rəqibin qapıçısı Aqil Məmmədov yaxşı təsir bağışladı. Ümumiyyətlə, "Neftçi" mənim üçün doğma klubdur. Onların hər bir qələbəsinə sevinirəm. Məncə, çempionatda mübarizə gərginləşir. Hər bir rəqib bizim üçün vacibdir. Bura "Neftçi" də daxildir

Xatırladaq ki, oyun 1:0 hesabı ilə "Neftçi"nin xeyrinə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə