"Qarabağ" güclü rəqibdir. Hər mövqedə güclü, mübarizə aparan futbolçuları var". SİA-nın məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının XIV turunun "Qarabağ"la oyunundan sonra "Neftçi"nin baş məşqçisi Əsgər Abdullayev deyib. O, qarşılaşmanı belə şərh edib: "Matça gəldikdə isə, futbolçular tapşırıqları yerinə yetirdilər. Oyunun son dəqiqələrində top bizdə az oldu. Sona doğru müdafiəyə daha çox diqqət ayırdıq.
Elşən Abdullayevlə bağlı onu deyə bilərəm ki, gənc oyunçudur, istəklidir, topla davranmağı sevir. Elşən ümidləri doğrulda bilən futbolçudur.
Mənim futbol karyeram "Neftçi"də başlayıb, "Neftçi"də sona çatıb. Bu komandanın mənə ehtiyacı varsa, burdayam".
Xatırladaq ki, oyun 1:0 hesabı ilə "Neftçi"nin xeyrinə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB