Almaniyanın Hamburq şəhərinin sakinləri referendum nəticəsində 2024-cü il Olimpiya Oyunlarının keçirilməsinə qarşı olduqlarını sərgiləyiblər. SİA xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat verib. Yay Olimpiya Oyunlarına qarşı referendumda iştirak edən sakinlərin 51,6%-i səs verib.
Beləliklə, Hamburq Yay Olimpiya Oyunlarına iddialı olan şəhərlər sırasından çıxdaş olunub. İddiaçı şəhərlər isə Paris, Roma, Los-Anceles və Budapeştdir.
Qeyd olunur ki, əgər Oyunlar 2024-cü ildə Hamburqda keçirilsəydi, bu zaman çəkiləcək xərclər 11,2 milyard avro dəyərində olacaqdı. Hətta iddia olunur ki, Oyunların xərcləri reallıqdan daha da artıq ola bilərdi. Beləlkilə, artıq Hamburq şəhəri istisna olunmaqla, 2024-cü il Yay Olimpiya Oyunlarının hansı şəhərdə keçirilməsi barədə yekun qərarın 2017-ci ildə veriləcəyi gözlənilir.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB