Noyabrın 29-da Topaz Premyer Liqasında 14-cü tur çərçivəsində daha bir oyun keçirilib. "Neftçi" doğma meydanda əzəli rəqibi "Qarabağ"ı qəbul edib. Rəqiblərin cari mövsümdəki ilk duelindən fərqli olaraq bu görüşdə "Neftçi" Azərbaycan çempionunu minimal hesabla məğlub edib - 1:0.
Bu, "ağ-qaralar"ın "Qarabağ" üzərində doqquz oyunluq fasilədən sonra ilk qələbəsidir. Bu məğlubiyyət, həmçinin "Qarabağ"ın cari mövsümdə ikinci uğursuzluğudur.
Yeni baş məşqçi Əsgər Abdullayevin rəhbərlik etdiyi flaqmana qələbə gətirən qolu 65-ci dəqiqədə Rəhman Hacıyev vurub. O, cərimə zərbəsindən topu doqquzluğa göndərərək hesabı açıb.
Beləliklə, hazırda Azərbaycan çempionu 32 xalla turnir cədvəlinə başçılıq edir. Paytaxt təmsilçisi isə xalını 19-a çatdıraraq altıncı sırada mövqeyini möhkəmləndirib.
Tura noyabrın 30-da keçiriləcək "Qəbələ" – "Rəvan" matçı ilə yekun vurulacaq.
17:00. "Neftçi" – "Qarabağ" - 1:0
Qol: Rəhman Hacıyev, 65
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mübariz Haşımov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov
8-ci km qəsəbə stadionu.
Turnir cədvəli
|
|
Bombardirlər:
Riçard Almeyda ("Qarabağ") - 6 qol
Ruslan Qurbanov ("Neftçi") - 5 qol
Aleksey Antonov ("Qəbələ") - 5 qol
Dieqo Martins ("İnter") -5 qol
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB