Tərlan Əhmədov: "Demişdim ki, bütün günahlarınızı qələbə ilə yumalısınız" AÇIQLAMA

Tərlan Əhmədov: "Demişdim ki, bütün günahlarınızı qələbə ilə yumalısınız" AÇIQLAMA

"Oyunun ağır keçəcəyini hiss edirdik, amma qələbə üçün oynamalı idik. "İnter"ə məğlubiyyətdən sonra futbolçulara demişdim ki, bütün günahlarınızı qələbə ilə yumalısınız". SİA-nın məlumatına görə, bu sözləri futbol üzrə Azərbaycan Premyer Liqasının XIV turunun "Sumqayıt"la oyunundan sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib. O, komandasının yaxşı oyun sərgilədiyini qeyd edib: "Qələbəyə, mübarizəyə görə futbolçulara təşəkkür edirəm. Açığı, oyunboyu səhvsiz mübarizə apardıq. Sadəcə, hücumda bir qədər problemlərimiz var. Qarşıda bizi çətin oyunlar gözləyir, zədəlilərimiz var.

Həmişə demişəm ki, futbol aqressiv oyundu. Amma mən heç vaxt rəqib futbolçuların nə etdiyinə fikir verməmişəm. Məşqçi olan şəxs rəqibin futbolçusuna qarşı aqressiv ola bilməz. "Sumqayıt"ın baş məşqçisi Samir Abasova da məsləhətim odur ki, gələcəkdə rəqib futbolçulara hörmətlə yanaşsın".

Bütün xəbərlər Facebook səhifəmizdə