Lənkəranda tanınmış boksçunun 60 illik yubileyi qeyd olunub

Lənkəranda tanınmış boksçunun 60 illik yubileyi qeyd olunub

"Ötən mövsüm lənkəranlı boksçular üçün uğurlu olub". SİA-nın Cənub bürosunun məlumatına görə, bu fikirlər Lənkəran Regional Boks Mərkəzində idman ustası, respublikanın əməkdar məşqçisi, beynəlxalq dərəcəli hakim Əlizadə Əsədovun 60 illik yubileyi münasibətilə keçirilən tədbirdə səsləndirilib. Ziyalıların, veteran boksçuların və digər idman sahələrinin təmsilçilərinin iştirakı ilə keçirilən tədbirdə ilk olaraq Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov çıxış edərək bokçuları əldə olunan nəticələr münasibəti ilə təbrik edib. Sonra isə boksun inkişafının və kütləviliyinin artırılması istiqamətində görülən işlərdən, ölkə prezidenti İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışılıb. Bildirilib ki, hazırda digər rayonlarla yanaşı , Lənkəranda da boks sahəsində yüksək nəticələr əldə olunub. Tədbirdə SSR-i idman ustası, respublikanın əməkdar məşqçisi, beynəlxalq dərəcəli hakim Əlizadə Əsədovun nailiyyətləri barədə geniş məlumat verilib.

Sonda şəhər Gənclər və İdman İdarəsi tərəfindən yubilyara qiymətli hədiyyə, diplom və fəxri fərman təqdim edilib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə