DGB prezidenti Azərbaycana səhhəti ilə əlaqədar gələ bilməyib AÇIQLAMA
"Qızıl Qran-Pri" beynəlxalq turnirinin final mərhələsi möhtəşəm şəkildə təşkil olunub. Azərbaycan Güləş Federasiyası (AGF) hər şeyi ən kiçik detallara qədər düşünüb". SİA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran-Pri" beynəlxalq turnirinin final mərhələsində iştirak edən Dünya Güləş Birliyinin (DGB) baş katibi Mişel Dusson deyib.
O, yarışların yüksək səviyyədə keçdiyini, iştirakçıların sağlam idman mübarizəsi apardıqlarını qeyd edib.
Baş katib DGB prezidentinin yarışda iştirak edə bilməməsinin səbəbini də açıqlayıb: "DGB prezidenti özünü yaxşı hiss etmir. O, Azərbaycana səhhəti ilə əlaqədar gələ bilməyib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB