Avropanın güləş federasiyalarının prezidentləri və baş katibləri bir araya gəlib

Avropanın güləş federasiyalarının prezidentləri və baş katibləri bir araya gəlib

Dünya Güləş Birliyi (DGB) Azərbaycan Güləş Federasiyası ilə birlikdə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi ərəfəsində sözügedən idman növünün inkişafı istiqamətində müxtəlif tədbirlər həyata keçirir. SİA-nın məlumatına görə, inkişaf tədbirləri çərçivəsində bu gün yarışın keçirildiyi Bakı İdman Sarayında Avropanın güləş federasiyalarının prezidentləri və baş katiblərinin toplantısı təşkil edilib. Tədbirdə Avropanın 20-dən çox ölkəsinin güləş federasiyalarının prezidentləri və baş katibləri iştirak ediblər.

Toplantıda Avropa Güləş Federasiyasının rəsmisi açılış nitqi ilə çıxış edib. Daha sonra isə "güləşin yeni siması", "DGB-nin inkişaf proqramları", "milli federasiya modellərinin konsepsiyasının hazırlanması", "olimpiya həmrəyliyi" və digər mövzularda mühazirələr dinlənilib və müzakirələr aparılıb.

Qeyd edək ki, tədbir bu gün saat 16:45-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə