Orxan Səfərov: "Beş ay zədədən sonra medal qazanmaq çox çətindir" AÇIQLAMA

Orxan Səfərov: "Beş ay zədədən sonra medal qazanmaq çox çətindir" AÇIQLAMA

Cənubi Koreyanın Jeju şəhərində keçirilən cüdo üzrə Qran-Pri yarışının birinci günü Orxan Səfərov üçün uğurlu olub. Cüdoçumuz mötəbər yarışın bürünc medalına sahib çıxıb. SİA-nın məlumatına görə, O. Səfərov yarışdan sonra turnirlə bağlı fikirlərini bildirib: "Güləşməyim məni qane etmədi, amma yenə də qazandığım medala görə sevinirəm. Zədədən sonra medal uğrunda mübarizə aparmaq çox çətindir. Hələdə tam ideal formada deyiləm. Hamı bilir ki, beş ay zədədən sonra qayıtmaq, güləşmək və medal qazanmaq çox çətindir. Amma şükür ki, bunu bacara bildim.

İlqarnan görüşümüz çox gərgin keçdi. Məncə, bizim üçün bu yaxşı amildir ki, 60 kiloqram çəkidə iki güclü idmançımız var. Bu da hər ikimizə daha yaxşı nəticələr göstərməyə stimul verir.

Zədədən sonra ilk təlim-məşq toplanışıma qatılacağam. İnşAllah, bu toplanışı zədəsiz başa vurarıq. Məşqlərimiz yaxşı keçir. Monqolustandan sonra yarışlarda daha da yaxşı çıxış edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə