Türkiyə hava sərhəddini pozan Rusiya bombardımançı təyyarəsinin vurulmasından sonra iki ölkə arasında yaranan gərginlik idman qarşılaşmalarına da sirayət edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, basketbol üzrə Avrokubok oyunlarının E qrupunun 7-ci qarşılaşmasında Rusiyada üz-üzə gələn "Avtodor Saratov" ilə "Beşiktaş Sompo Japan" klubu arasındakı matçda rus tərəfdarlar təhqiredici pankart açıblar. Belə ki, rus azarkeşlərin bir tribunanın üzərini örtən, 20-30 m uzunluğunda açdıqları pankartda rus və türk dillərində "xainlər" yazılıb. Oyunda azarkeşlər Türkiyə əleyhinə şüarlar da səsləndiriblər. "Beşiktaş" klubunun basketbol idmanı üzrə rəhbəri Hakan Özköse və klub nümayəndələrinin şikayətlərindən sonra üçüncü hissədə pankart yığışdırılıb.
H. Özköse isə bildirib ki, buna baxmayaraq, Rusiya polisi Türkiyə klubunun bütün oyunçu və nümayəndələrinin qorunmasına son dərəcə ciddi yanaşır: "İki gündür Rusiyadayıq. Təhlükəsizlik baxımından heç bir narahatlıq yoxdur. Rus polisi həm otelin daxilində, həm də xaricində geniş təhlükəsizlik tədbirləri görüb. Matç zamanı təhqiredici pankart açıldı və etiraz şüarları səsləndirildi. Ancaq bizi təhlükə qarşısında qoyan durum yoxdur. Türkiyəyə qayıtmağa hazırlaşırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB