Şahin Diniyev: "Göstərdikləri oyun onlar üçün yığmalara tramplin olacaq" AÇIQLAMA

Şahin Diniyev: "Göstərdikləri oyun onlar üçün yığmalara tramplin olacaq" AÇIQLAMA

"Biz hələ ilk addımlarımızı atırıq və komandamızın futbolçuları milli komandalara dəvət alır. "Kəpəz"in yığmalara futbolçu verməsindən neçə illər keçib. Hazırda əsas komandanın 4 üzvü milliyə çağırılır". SİA-nın məlumatına görə, bu sözləri "Kəpəz" klubunun baş məşqçisi Şahin Diniyev deyib. O qeyd edib ki, əvəzedici komandadan da bir oyunçu U-19-a dəvət olunub: "Bu, "Kəpəz"in uğuru sayılır. Yolun başlanğıcında oyunçularımızın Azərbaycan yığmalarına cəlb olunması olduqca sevindiricidir. Mənə elə gəlir ki, zaman keçdikcə çempionat oyunlarında uğurla çıxış etməyimiz komandamızdan dəvət alanların sayını və onların meydanda oynama vaxtını da artıracaq. Futbolçuların özündən də çox şey asılıdır. Millinin baş məşqçiləri oyunçuları izləyir və göstərdikləri oyun onlar üçün yığmalara tramplin olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə