Əgər "Dinamo", "Çelsi" və "Porto"nun xalları bərabərləşsə, bu komandaların arasında keçirilmiş matçlarda vurulmuş və buraxılmış qolların fərqi hesablanacaq. "Çelsi"nin baş məşqçisi Joze Mourinyo və ya "Porto"nun qapıçısı İker Kasilyas karyeralarında ilk dəfə Çempionlar Liqasının 1/8 finalına çıxmaya bilər.
İngiltərə və Portuqaliya klubları 10 xalla qrup mərhələsinə liderlik edirlər, onlardan 2 xal geridə isə Kiyev "Dinamo"sudu. Son turda "Çelsi" və "Porto" İngiltərənin paytaxtına üz-üzə gələcəklər.
Hələ heç bir xal qazanmayan "Makkabi" üzərində qələbə "Çelsi" - "Porto" matçının nəticəsindən asılı olmayaraq, ukraynalılara qrupda ikinci yeri zəmanət verir.
Əgər "Dinamo", "Çelsi" və "Porto"nun xalları bərabərləşsə (belə variant "Dinamo"nun qələbəsi və Londonda heç-heçə qeydə alınacağı halda baş verə bilər), o zaman bu komandaların arasında keçirilmiş matçlarda vurulmuş və buraxılmış qolların fərqi hesablanacaq.
Beləliklə, "Porto"da qolların fərqi "-1" "Çelsi" – "0" və "Dinamo"da – "+1" olacaq. Bu halda kiyevlilər hətta qrupdan birinci yerdən çıxacaqlar, londonlular isə ikinci.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB