"Bütün kubokları yalnız bu klubla qazanmaq istəyirəm"
"Roma" yarımmüdafiəçisi Miralem Pyaniç "Barselona"nın onu transfer etmək istəməsi xəbərinə münasibət bildirib. Bosniya və Herseqovina millisinin oyunçusu UEFA-nın saytına açıqlamasında belə danışıb: "Barselona" kimi klubun səninlə maraqlnması xəbərini eşitmək xoşdu. Ancaq bu, adi qəzet xəbərindən başqa bir şey deyil. Mən bütün diqqətimi "Roma"ya yönəltmişəm. Bütün kubokları yalnız bu klubla qazanmaq istəyirəm".
Daha öncə bildirilirdi ki, "Barsa" Pyaniçin transferi üçün "Roma"ya 40 milyon avro ödəməyə hazırdı.
25 yaşlı futbolçu "Roma"da debüt matçına 2011/12 mövsümündə çıxıb. Həmin vaxt komandanın baş məşqçisi məhz hazırda "Barselona"nı çalışdıran Luis Enrike idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB