Ronaldo "Mançester Yunayted"ə qayıda bilər

Paris klubunun onun üçün 120 milyon avrosundan keçməyə hazır olduğu bildirilirdi
Ronaldo "Mançester Yunayted"ə qayıda bilər

"Mançester Yunayted"in keçmiş baş məşqçisi Aleks Ferqyusson "Real"ın forvardı Kriştiano Ronaldonun Premyer Liqaya qayıtması ilə bağlı danışıqların növbəti raundunu keçirib. "Marca"nın verdiyi xəbərə görə, hazırda İngiltərə nəhənginin rəhbərliyinin məsləhətçisi vəzifəsində çalışan mütəxəssis noyabrın 9-da Londonda Ronaldonun filminin premyerası zamanı portuqaliyalı ilə görüşüb və onu qayıtmağa inandırmağa çalışıb.

Qeyd edilir ki, Ferqyusson daha öncə martda Çempionlar Liqasında keçirilən "Real" - "Şalke" ilə oyundan sonra Ronaldo və onun agenti Jorje Mendeşlə danışıq aparmışdı.

Ronaldonun xidmətində həmçinin PSJ maraqlıdı. Hətta Paris klubunun onun üçün 120 milyon avrosundan keçməyə hazır olduğu bildirilirdi. Ancaq Mendeş açıqlamasında vurğulamışdı ki, Ronaldonun PSJ-yə transferi mümkün deyil.

Ronaldonun vaxtilə "Sportinq"dən "Mançester Yunayted"ə gəlişini məhz Ferqyusson təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə