Fransızlar onun bu hərəkətinə sərt reaksiya veriblər
"Real"ın hücumçusu, eyni zamanda Fransa millisinin üzvü Kərim Benzemanın başı yenə dərdə düşüb. "Real"-"Barselona" oyunundan əvvəl Parisdə baş verən terror zamanı həlak olmuş insanların şərəfinə Fransa himninin səslənməsindən sonra əlcəzair əsilli Benzemanın yerə tüpürməsi ölkəsində birmənalı qarşılanmayıb.
"Kərimin bu hərəkəti Parisdə həlak olmuş insanlara, onların ailəsinə və bütün millətə qarşı təhqirdir. Benzema Fransa millisindən kənarlaşdırılmalıdır", - deyə bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB