Kikboksçularımız İrlandiyada yarışırlar

Kikboksçularımız İrlandiyada yarışırlar

Azərbaycan kikboksçuları Dublində WAKO-nun full-kontakt və layt-kontak döyüş növləri üzrə dünya çempionatında iştirak edirlər. SİA-nın məlumatına görə, ölkəmizin idman şərəfini İrlandiyanın paytaxtında Valeh Mustafayev (69 kq), Anar Məmmədov (51 kq) və Albert Qəribov (91 kq) qoruyurlar. Çempionata noyabrın 29-da yekun vurulacaq.

Qeyd edək ki, Anar Məmmədov Belqradda keçirilən dünya çempionatında K-1 versiyası üzrə gümüş medalın sahibi olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə