"Neftçi" Lənkərandakı 8 illik qələbəsizlik seriyasına son qoyub. Xəbər verilir ki, "Neftçi" PFK Topaz Premyer Liqasının XIII turunu qələbə ilə başa vurub. Komanda "Xəzər Lənkəran" klubu ilə səfər oyunundan 3 xalla ayrılıb – 0:2.
Baş məşqçi Əsgər Abdullayevin rəhbərliyi altında ilk oyununa çıxan "Neftçi" bu qələbə ilə həm də Lənkərandakı 8 illik qələbəsizlik seriyasına son qoyub. Komandanın qollarını 60-cı dəqiqədə Elşən Abdullayev, 75-ci dəqiqədə isə Kauenin ötürməsindən sonra Fəhmin Muradbəyli vurub.
18:00."Xəzər Lənkəran" – "Neftçi" - 0:2
Qol: Elşən Abdullayev, 60 (0:1), Fəhmin Muradbəyli, 75 (0:2)
Hakimlər: Əliyar Ağayev, Knyaz Əmiraslanov, Rza Məmmədov, Nail Nağıyev
"Xəzər Lənkəran" mərkəzi stadionu
Turnir cədvəli
|
|
Bombardirlər:
Riçard Almeyda ("Qarabağ") - 6 qol
Ruslan Qurbanov ("Neftçi") - 5 qol
Aleksey Antonov ("Qəbələ") - 5 qol
Aleksey Qay ("Qəbələ") - 4 qol
Samuel Armenteros ("Qarabağ") - 4 qol
Junior Osvaldo ("Kəpəz") - 4 qol
Rahid Əmirquliyev ("Xəzər Lənkəran") - 4 qol
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB