“Barselona” “Real”ı Madriddə darmadağın etdi
“El-Klassiko”da şok

İspaniya "La Liqa"sının 12-ci turu 113 illik tarixi matçla əlamətdar olub. Santyaqo Bernabeuda "Real"la "Barselona" klubu qarşılaşıb. 90 dəqiqə oyuna tam hakim olan Katalon klubu paytaxt təmsilçilərinin qapısından dörd cavabsız top keçirib. Matçın ilk hissəsinin 11-ci dəqiqəsində Suares, 39-cu dəqiqəsində isə Neymar fərqi ikiyə çatdırıb. İlk yarıda qonaq fasiləyə iki top fərqi ilə yollanıb-2:0.

Luis Enrikenin yetirmələri ikinci hissədə də meydanda ardıcıl hücumlarla yadda qalıb. İnyesta 53-cü dəqiqədə üçünçü topu "Real"ın qapısından keçirib - 3:0. Derbidə nöqtəni 74-cü dəqiqədə yenə də uruqvaylı hücumçu qoyub. Komandanın dördüncü və özünün bu oyunda ikinci qolunu vuran Suares dublunu rəsmiləşdirib - 4:0. Matçın 84-cü dəqiqəsində Madrid klubunun heyətində İskonun Neymara qarşı sərtliyi hakim tərəfindən qırmızı kartla cəzalandırılıb.

"El-Klassiko"nun ulduzu Lionel Messi isə 57-ci dəqiqədə Rakitici əvəz edərək uzun müddətli zədədən sonra ilk oyununa çıxıb. Katalon klubu bugünki qələbə ilə turnir cədvəlində liderliyini möhkəmləndirərək "Real"dan altı xal aralaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə