Qadın boksçularımız beynəlxalq turnirdə mübarizə aparırlar

Qadın boksçularımız beynəlxalq turnirdə mübarizə aparırlar

Qazaxıstanın Atırau şəhərində qadınlar arasında boks üzrə beynəlxalq turnir keçirilir. SİA-nın məlumatına görə, yarışda Azərbaycan milli komandası da iştirak edir. Turnirin ilk günündə üç boksçumuz rinqə çıxıb. Əzizə Abbasova (48 kq) qazaxıstanlı rəqibinə məğlub olub. Məshəti Həmzəyeva (54 kq) və Leyla Cavadova (75 kq) isə yarışa qələbə ilə başlayıblar.

Yarışın ikinci günündə daha 5 boksçumuz mübarizəyə qoşulub. Anaxanım Ağayeva (51 kq), Ayzanat Hacıyeva (60 kq), Leyla Həsənova (69 kq) ilk görüşdən məğlub ayrılıblar. Komandamızın liderlərindən olan Yana Alekseyeva (60 kq) ilk qarşılaşmada Qazaxıstan boksçusu üzərində qələbə qazanıb.

Qeyd edək ki, yarışa noyabrın 22-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə