Azərbaycanlı referi Çempionlar Liqası yarışlarına təyinat alıb

Azərbaycanlı referi Çempionlar Liqası yarışlarına təyinat alıb

Beynəlxalq dərəcəli referi Eldar Əliyev qadın voleybolçular arasında Çempionlar Liqası yarışlarına təyinat alıb. SİA-nın məlumatına görə, həmyerlimiz Avropa Voleybol Konfederasiyasının (CEV) təyinatı ilə turnirin qrup mərhələsinin III turu çərçivəsində keçiriləcək "Əczaçıbaşı" (Türkiyə) - "Ximik" (Polşa) matçında ədaləti qoruyacaq. İstanbuldakı Burhan Felek Voleybol Salonunda təşkil olunacaq oyunda E.Əliyev ikinci hakim funksiyasını yerinə yetirəcək. O, noyabrın 26-da keçiriləcək oyunda əsas referi yunanıstanlı Georgios Georgouleasa kömək edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə