ABU “Şuler”ə məğlub olub

Bakının qadın həndbolçulardan ibarət ABU komandası Çellenc kuboku turnirində ilk oyununu keçirib. SİA-nın məlumatına görə, ABU turnirin 1/16 final mərhələsi çərçivəsində Hollandiyada yerli "Şuler" komandasının qonağı olub. Görüş "Şuler"in 27:19 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılıqlı razılığa əsasən, cavab oyunu da Hollandiyada təşkil olunacaq. Görüş bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə