Xəbər verdiyimiz kimi, futbol üzrə əvəzedici heyətlərin ölkə birinciliyində XIII turun oyunlarına start verilib. İlk oyun günündə "Kəpəz"in əvəzedici komandası meydana çıxıb. "Sarı-göylər" Bakıda "Qarabağ"ın qonağı olub.
SİA-nın məlumatına görə, "Kəpəz" "Dalğa Arena"da keçirilən oyundan qələbə ilə ayrılıb. Cəzalı olduğundan əsas komandaya kömək edə bilməyəcək Bəxtiyar Soltanov əvəzedici heyətdə yer alıb. Təcrübəli futbolçu vurduğu qolla "Kəpəz"in qələbə qazanmasına yardımçı olub. Soltanov 77-ci dəqiqədə kapitan Sahib Abbasovun ötürməsi ilə fərqlənib.
20 noyabr (cümə)
"Qarabağ" – "Kəpəz" 0:1
Qol: Bəxtiyar Soltanov, 77
Hakimlər: Rövşən Rəcəbov, Hüseyn Əsgərov, Kənan Məlikov, Rəşad Aydınov
Hakim-inspektor: Akif Məmmədov
"Dalğa Arena", 19:00
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB