"Kəpəz" klubu Topaz Premyer Liqasının XIII turunda səfərdə qarşılaşacağı "Qarabağ"la görüşün hazırlığını tamamlayıb. SİA-nın məlumatına görə, Ağdam klubu ilə oyun öncəsi "sarı-göylər"in heyətində itkilər var. Bəxtiyar Soltanov cəza səbəbindən, Dario Frederiko əməliyyat olunduğundan komandaya kömək edə bilməyəcək. Məşqdə zədələnən və ayağında ağrıları olan Tərlan Quliyevin də oynayıb-oynamayacağı sual altındadır. Klubun tibb personalı müdafiəçinin müalicəsi ilə məşğuldur.
Uzun müddət zədəli olan və heyətə yeni qoşulan Kərim Diniyevin isə tam hazır olmadığından oyunu buraxacağı dəqiqdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB