"Neftçi" PFK-nın futbolçuları Aqil Məmmədov və Kaue Topaz Premyer Liqasının XIII turunun "Xəzər Lənkəran" klubu ilə keçiriləcək oyunu öncəsi fikirlərini bildiriblər. SİA-nın məlumatına görə, klubun rəsmi saytına açıqlama verən futbolçular qarşılaşmanın çətin keçəcəyini qeyd ediblər.
Aqil Məmmədov: "Çətin olacaq. "Xəzər Lənkəran" öz meydanında həmişə yaxşı oynayır. Döyüşkən futbolçulara malik komandadır. Azarkeş dəstəyi də rəqibin tərəfində olacaq. Üstəlik, cəzalı və zədəli futbolçularımız var. Lakin bütün bunlara baxmayaraq, meydana qələbə qazanmaq üçün çıxacağıq".
Kaue: "Heyətlə bağlı problemlərimiz var. Araz və Anyete zədəli, Ruslan isə cəzalıdır. Lakin inanıram ki, onların əvəzinə meydana çıxan futbolçular ümidləri doğruldacaqlar. Çalışacağıq ki, Lənkərandakı uzun müddətli qələbəsizlik seriyasına son qoyaq".
Xatırladaq ki, noyabrın 22-də "Xəzər Lənkəran" mərkəzi stadionunda keçiriləcək oyun saat 18:00-da başlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB