Rio-de-Janeyro Olimpiya Oyunları zamanı təhlükəsizliyi 60 min polis qoruyacaq/ 2016-cı ildə Braziliyada keçiriləcək Yay Olimpiya Oyunları zamanı terror aktları ehtimalı Rio-de-Janeyro ştatının rəhbərliyini ən çox narahat edən məsələdir. Ştatın təhlükəsiz məsələlərinə dair katibi Xose Mariano Beltram bu barədə jurnalistlərə məlumat verərkən bildirib.
Artıq ştat rəhbərliyinin mümkün təhlükə barədə bülleten aldığını bildirən Mariano Beltram lazım gələcəyi təqdirdə bütün imkanlardan istifadə olunacağını qeyd edib.
"Terror bizim narahatlığımıza səbəb olan bir nömrəli təhlükədir. Braziliya tarixində terror hücumları ilə bağlı heç bir hadisə baş verməsə də, hökumət bu problemi hər zaman diqqət mərkəzində saxlayır. Biz təhlükəsizliyin təmin olunmasında da qızıl medal qazanmaq niyyətindəyik", - deyə Mariano Beltram keçirdiyi mətbuat konfransında vurğulayıb.
2016-cı ilin avqust ayında Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarının təhlükəsizliyini təmin etmək üçün 60 min polis əməkdaşı cəlb olunacaq, daha 15 min polis isə ehtiyatda saxlanılacaq. Bu, Londonda keçirilən Oyunlar zamanı cəlb edilən təhlükəsizik qüvvələrinin sayından təxminən iki dəfə çoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB