İdmançılarımız dünya çempionatında mübarizəyə başlayır

İdmançılarımız dünya çempionatında mübarizəyə başlayır

Noyabrın 20-28-də ABŞ Hyuston şəhərində ağır atletika üzrə kişilər arasında 82-ci, qadınlar arasında 25-ci dünya çempionatı keçiriləcək. SİA-nın məlumatına görə, Corc Broun Konfrans Mərkəzinin Yarış zalında baş tutacaq turnirdə 115 ölkədən 737 atlet (314 qadın, 423 kişi) medallar uğrunda mübarizəyə qoşulacaq. Bu çempionatda qazanılan nəticələr həm də 2016-cı il Rio-De-Janeyro Olimpiadasına lisenziya xarakteri daşıyacaq. Hər idmançı əldə etdiyi uğura müvafiq olaraq ölkəsinin xal ehtiyatını artırmaq imkanı əldə edəcək.
Dünya çempionatında Azərbaycan milli komandalarının üzvləri də çıxış edəcəklər. İdmançılarımız Hyustonda yarışın başlamasını gözləyirlər. Komandalarımızın heyətlərini nəzərinizə çatdırırıq:

Qadınlar
Silviya Angelova (48 kq), Boyanka Kostova (58 kq) və Anastasiya İbrahimli (69 kq).

Kişilər
Valentn Xristov (62 kq), Firudin Quliyev (69 kq), Əfqan Bayramov, Elxan Əliquluzadə (hər ikisi – 77 kq), İntiqam Zairov, Nailxan Nəbiyev, Rövşən Fətullayev (hər üçün – 94 kq), Dadaş Dadaşbəyli (105 kq).

Qeyd edək ki, ABŞ-a yollanan 11 nəfərlik heyətdən 6-sı "Zirvə" Beynəlxalq İdman Klubunun üzvüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə