Yığmamız Avropa çempionatında 3-cü pillədə qərarlaşıb

Yığmamız Avropa çempionatında 3-cü pillədə qərarlaşıb

Şahmat üzrə Avropa çempionatının 6-cı turunda kişilərdən ibarət seçmə komandamız Niderland millisi ilə üz-üzə gəlib. SİA-nın məlumatına görə, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Rauf Məmmədov rəqibləri ilə "sülh bağlayıblar". Arkadi Naydiçin İvan Sokolov üzərində qələbə qazanması oyunun 2.5:1.5 hesabı ilə bitməsinə səbəb olub. Komandamız 9 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Yığmamızın bugünkü rəqibi isə Latviya seçməsi olacaq.

Qeyd edək ki, günün mərkəzi qarşılaşmalarından birində Fransa komandası Rusiya ilə qarşılaşır. Medalların taleyinə aydınlıq gələcəyi son turlarda birincilik uğrunda mübarizə yenidən başlayır.

Şəhriyar Məmmədyarov - Aniş Qiri 0.5-0.5

Teymur Rəcəbov - Ervin Lami 0.5-0.5

Arkadi Naydiç - İvan Sokolov 1-0

Rauf Məmmədov - Segey Tviakov 0.5-0.5

Qadınlardan ibarət yığmamız isə Polşa millisi ilə üz-üzə gəlib. İlk qarşılaşmada Nərmin Kazımovanın qələbəsindən sonra Gülnar Məmmədova heç-heçəyə razılaşıb. Digər iki şahmatçımız - Zeynəb Məmmədyarova və Xəyalə Abdulla məğlub olublar. Yekun nəticədə 1.5 -2.5 hesabı ilə Polşa seçməsi qalib gəlib.

Zeynəb Məmmədyarova - Monika Soçko 0-1

Gülnar Məmmədova - İveta Razliç 0.5-0.5

Nərmin Kazımova - Karina Szczepkowska-Horowska 1-0

Xəyalə Abdulla-Joanna Majdan-Gajewska 0-1

Qadınlardan ibarət milli komandamız 6-cı turdan sonra 6 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. Komandamızın 7-ci turda rəqibi Ermənistan yığması olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə