Sərbəst güləşçilərimizin açıq məşqi keçirildi FOTOLAR

Sərbəst güləşçilərimizin açıq məşqi keçirildi FOTOLAR

Bu gün Olimpiya Güləş Mərkəzində Bakıda keçiriləcək Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsinə hazırlıq çərçivəsində sərbəst güləş üzrə ölkə yığma komandasının mətbuat üçün açıq məşqi keçirilib. SİA-nın məlumatına görə, yığma komandamızın məşqini jurnalistlərlə yanaşı, Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev, federasiyanın vitse-prezidentləri Maqomed Aliomarov, Elçin Cəfərov və baş katib Əjdər Cəfərov da izləyib.

Əsas komandanın üzvləri ilə yanaşı, gənclərdən ibarət yığmanın pəhləvanları, habelə Gürcüstan və Dağıstan güləşçilərinin də iştirak etdiyi hazırlıqda idmançılarımız öncə isinmə hərəkətləri yerinə yetirib. Sonra isə taktiki-texniki məşqlər keçirilib. Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsində yarışacaq heyəti müəyyənləşdirmək üçün sparrinq görüşlər təşkil olunub. Məşqçilər korpusunun qərarından sonra milli komandamızın heyəti açıqlanacaq.

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsi noyabrın 27-29-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə