"Qəbələ"nin futbolçusu Ürfan Abbasov Azərbaycan milli komandasında ilk oyununu keçirib. SİA-nın məlumatına görə, Moldova ilə yoldaşlıq matçında (2:1) debüt edən 23 yaşlı müdafiəçi "Qəbələ" klubunun rəsmi saytına qarşılaşma haqda fikirlərini bildirib: "Moldova ilə qarşılaşmada rəqibdən daha yaxşı oynadıq. Bunun nəticəsində daha çox qol imkanlarımız da oldu. Moldovanın zəif komanda olduğunu da demək olmaz. Oyun bizim istədiyimiz kimi alındı. Milli komandada oynamaq qürurverici hissdir. Debütümə görə mənə şans verən baş məşqçiyə təşəkkür edirəm. Moldova ilə matç yığmada ilk oyunum idi. Qarşıdakı oyunlarda etimad göstərilsə, özümü daha yaxşı göstərəcəyəm. Daim milliyə çağırılmaq üçün klubda da həmişə çıxış etmək lazımdır. Mən də bundan sonra üzərimdə daha da çox çalışacağam".
Ü.Abbasov Topaz Premyer Liqasının ilk 12 turundakı çıxışı və noyabrın 21-də "Sumqayıt"la oyun haqda da fikirlərini bildirib: "Son turlarda keçirdiyimiz oyunlar istədiyimiz kimi alınmadı. Lakin qarşıdakı matçlara yaxşı hazırlaşırıq. Hər qarşılaşmada yaxşı oyun göstərib, xal hesabımızı artırmağa çalışacağıq.
Mövsümün ilk 12 turundakı çıxışımdan isə, tam razı deyiləm. Amma üzərimdə daha çox işləməklə daha da yaxşı oynamağa çalışıram. Komandamız hər görüşə qələbə üçün çıxır. "Sumqayıt"la səfər oyununa da 3 xal üçün yollanacağıq. Düşünürəm ki, rəqib meydanında yaxşı nəticə qazanarıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB