"Qarabağ"ın futbolçusu 1 aylıq sıradan çıxdı

"Qarabağ"ın futbolçusu 1 aylıq sıradan çıxdı

"Kəpəz"lə oyunun hazırlıqlarını davam etdirən "Qarabağ" klubunda daha bir futbolçu sıradan çıxıb. SİA-nın xəbərinə görə, klubun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, dünən axşam məşqində Alharbi El Jadeyaoui zədələnib. Futbolçu 1 ay yaşıl meydanlardan kənarda qalacaq. Sağ topuğundan zədə alan Alharbi El Jadeyaouinin ayağı sarğıya qoyulub. Mərəkeş əsilli yarımmüdafiəçinin gələn ayın ortalarına sıraya dönəcəyi ehtimal olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə