"Neftçi"nin 4 futbolçusu Azərbaycan yığmasında

"Neftçi"nin 4 futbolçusu Azərbaycan yığmasında

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası seleksiya xarakterli təlim-məşq toplanışı keçirəcək. SİA-nın məlumatına görə, noyabrın 19-dan 21-dək Bakıda baş tutacaq hazırlıq prosesinə "Neftçi" PFK-nın 4 futbolçusu dəvət olunub. Bunlar Seymur Həmidov, Xəyal Tomarov, Eşqin İsrafilov və Bəşir Aylarovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə